Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir
Almaniya kansleri Fridrix Merz bildirib ki, Serbiya Avropa İttifaqına üzv olmaq istəyirsə, Rusiya, Çin və Avropa arasında balanslaşdırma siyasətindən əl çəkməlidir.
APA Yeni info.az xəbər verir ki, o, bu barədə Monteneqroda keçirilən Aİ–Qərbi Balkanlar sammitinin yekunlarına dair mətbuat konfransında danışıb.
“Rusiya, Çin və Avropa arasında manevr siyasəti yürütmək mümkün deyil”, – deyə Merz bildirib.
Kanslerin sözlərinə görə, Serbiya gələcəyini harada gördüyünə dair aydın seçim etməlidir.
“Əgər Serbiyanın cavabı Avropadırsa, Avropanın cavabı da Serbiya olacaq”, – deyə o vurğulayıb.
Merz əlavə edib ki, Aİ liderləri Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşdə bu gözləntiləri açıq şəkildə onun diqqətinə çatdırıblar.







Oxşar -Yeniinfo.az
Müharibədən sonra ruslar Ukraynaya buraxılacaqmı?
ABŞ İranın radar qurğularını vurdu
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
ABŞ İranın 4 PUA-sını məhv etdi
SEPAH ABŞ-a cavab verdi: bu obyektlər vuruldu
Zaporojyeyə dronlarla hücum: ölənlər var
Rusiyada bu neft bazası vuruldu: Güclü yanğın...
Merz: Serbiya Aİ-yə üzv olmaq istəyirsə, Rusiya və Çinlə balans siyasətindən imtina etməlidir