METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
METAK şirkəti ölkənin mühüm sənaye layihələrindən birinin icrasını davam etdirir. Sumqayıt Kimya Sənaye Parkında polistirol qablaşdırma istehsalı üzrə yeni zavodun tikintisi artıq tamamlanıb.
Layihənin növbəti mərhələsi olaraq, METAK Cənubi Koreyanın VFK şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, VFK müəssisənin əsas texnoloji avadanlıqlarının təchizatını və quraşdırılmasını həyata keçirəcək.
Zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanda ilk dəfə olaraq polistirol qablaşdırma məhsullarının yerli istehsalı təşkil ediləcək. Hazırda daxili bazarın tələbatı əsasən idxal hesabına qarşılanır.
Layihə ölkənin sənaye potensialının gücləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, yerli istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Müəssisənin yaxın aylarda istismara verilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Dostlarımızın sayı ilbəil artır - İlham Əliyev
Mübariz İbrahimovun anım günüdür
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra…
Prezident: "Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib"
İlham Əliyev: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Azərbaycan Prezidenti: "Biz infrastruktura çox böyük sərmayələr yatırırıq"
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir