Metro və avtobus ödənişləri ilə bağlı ŞAD XƏBƏR – İlin sonuna qədər…
Metro və avtobus ödənişləri ilə bağlı ŞAD XƏBƏR – İlin sonuna qədər…
BakıKart"ın mobil tətbiqində mövcud olan sistem sərnişinlər arasında narazılıq yaradır. Belə ki, vətəndaşlar kartını tətbiqdə qeydiyyatdan keçirsələr də, mövcud balansdan QR vasitəsilə istifadə edə bilmirlər. Bildirilir ki, yalnız əlavə pul yükləməklə ödəniş mümkündür.
Niyə tətbiq vasitəsilə mövcud balansdan istifadə imkanı yaradılmır? Əslində sistem necə olmalıdır?
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, əslində ictimai nəqliyyatda "BakıKart"dan istifadə çox sadə və rahat olmalıdır:
"Bununla yanaşı, vətəndaşların adi debet və kredit bank kartları vasitəsilə ödəniş edə bilməsi istiqamətində təkliflər var. Məlumata görə, bu istiqamətdə işlər aparılır və ümid edirəm ki, ilin sonuna qədər tam hazır olacaq. Bu, həm ictimai nəqliyyatın cəlbediciliyini artıracaq, həm də sərnişinlərin daha rahat istifadə imkanlarını təmin edəcək".
Məsələ ilə bağlı "BakıKart"ın Müştəri Xidmətlərinə də sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, "BakıKart" mobil tətbiqində kartın balansını artıraraq ondan yalnız fiziki qaydada istifadə etmək mümkündür:
"Kartdakı balansdan istifadə etməklə QR bilet əldə etmək mümkün deyil. Pul kisəsinin balansını artıraraq QR bilet əldə edə bilərsiniz. Qeyd edək ki, "BakıKart" mobil tətbiqində təkminləşdirilmə işləri aparılır".







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma