Metroda ödənişlə bağlı unikal yenilik - RƏSMİ
Metroda ödənişlə bağlı unikal yenilik - RƏSMİ
Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi test edilir.
Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.
Layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir, ilkin mərhələdə isə "Kapital Bank"ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub.
Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından, məsələn, BakıKart-dan istifadə etsinlər. Həmçinin, balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər, ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu