"Microsoft" şirkəti BƏƏ-ni qlobal texnologiya mərkəzinə çevirəcək
"Microsoft" şirkəti BƏƏ-ni qlobal texnologiya mərkəzinə çevirəcək
ABŞ-nin "Microsoft" korporasiyası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məlumatların emalı mərkəzlərinə, bulud hesablamalarına və əməkdaşlara 2029-cu ilədək 8 milyard dollar xərcləyəcək.
Bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, bunun sayəsində BƏƏ qlobal texnologiya mərkəzinə çevriləcək. Məlumata görə, şirkət 2023-cü ildən 2029-cu ilədək Körfəz ölkəsinə ümumilikdə 15.2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
"Microsoft"un prezidenti Bred Smitin sözlərinə görə, şirkət 2026-cı ilin əvvəlindən 2029-cu ilədək BƏƏ-də təkcə bulud infrastrukturu və süni intellekt infrastrukturunun inkişafına 5.5 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?