Milli Məclisdə koreyalı parlamentarilər ilə görüş keçirilib
Milli Məclisdə koreyalı parlamentarilər ilə görüş keçirilib
İyulun 14-də Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Li Man Hi ilə görüşüb.
Yeni info.az-a Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları parlamentdə qarşılamaqdan məmnunluğunu bildirən Malik Həsənov, Azərbaycan ilə Koreya Respublikası arasında uzun illərdir qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, eləcə də siyasi dialoq ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarovanın Koreya Respublikasına rəsmi səfəri məmnunluqla xatırlanıb, həmin səfərin parlamentlərarası əlaqələrin inkişafına yeni impuls verdiyi qeyd olunub.
Öz növbəsində, Li Man Hi Azərbaycan və Koreya arasında parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycanın zəngin mədəni irsinə göstərilən marağın nümunəsi kimi “Kitabi-Dədə Qorqud” dastanının altı boyunun koreya dilinə tərcümə olunduğunu və bu nəşrin Koreya Milli Assambleyasında rəsmi təqdimat mərasiminin keçirildiyini diqqətə çatdırıb.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Göydəniz Qəhrəmanov, Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədr müavini Son Myonq Su çıxış edərək iki ölkə arasında enerji, yüksək texnologiyalar, innovasiya, turizm, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikirlərini səsləndiriblər.
Tərəflər parlamentlərarası dostluq qruplarının qanunverici orqanlar arasında dialoqun inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm platforma rolunu oynadığını vurğulayıblar.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Bədəl Bədəlov, Koreyanın Azərbaycandakı səfiri Kang Kymgu və digər rəsmi şəxslər iştirak ediblər.
Oxşar -Yeniinfo.az
Çağıran O idi, vəsilə Hüseyn (ə): Son 1 gün
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
Şokedici araşdırma: İnsanlıq minlərlə dili tarixdən silib
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Yeniyetmə anasının maşınını qaçırdı, qəza törətdi
İran Azərbaycandan bu məshsulun alışını artırıb
Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək