Telefon
WhatsApp
Min raket İranı hədəfə alıb – Tramp
300 X 250 Reklam Alanı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatla çıxış edərək, Tehranın ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi edəcəyi təqdirdə ölkəsinin dağıdıcı hərbi cavab verəcəyini bildirib.

Yeni info.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“1000 raket artıq döyüşə hazır vəziyyətə gətirilib və İran İslam Respublikasına tuşlanıb. İran hökuməti ABŞ-ın fəaliyyətdə olan prezidentini – bu halda məni – öldürməyə və ya buna cəhd etməyə əl atarsa, onların ardınca dərhal minlərlə əlavə raket buraxılacaq”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, bununla bağlı bütün göstərişlər artıq verilib.

“ABŞ Silahlı Qüvvələri bir il müddətinə, zərurət yaranarsa bu müddət uzadıla bilər, İranın bütün bölgələrini tamamilə darmadağın edib məhv etməyə hazırdır, bunu etmək istəyir və buna qadirdir”, – Tramp vurğulayıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150