Mineral su təzyiq xəstələrinə necə təsir edir?
Mineral su təzyiq xəstələrinə necə təsir edir?
Mineral su natriumla zəngindir və hər kəs onu içə bilməz.
Yeni info.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı həkim Andrey Yakuşev bildirib.
O, müsahibəsində natriumla zəngin mineral suyun suyun tutulmasına və ödəmə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib:
"Natrium bədənə daxil olduqda, sözün əsl mənasında bütün suyu "çəkmək" qabiliyyətinə malikdir. Hər hansı bir etiologiyalı ödəm sindromu olan insanlara çox miqdarda mineral su içmək tövsiyə edilmir".
Bir sıra xəstəliklər bədənin qan həcmini və hüceyrədənkənar mayeni tənzimləmə sistemini pozur. Natrium istehlakı bu prosesi daha da patoloji hala gətirir və təhlükəli pozğunluqlara səbəb ola bilər.
Buna görə də, natrium tərkibli mineral su aşağıdakı xəstəliklər üçün əks-göstərişdir:
- Hipertoniya
- Xroniki ürək çatışmazlığı
- Böyrək xəstəliyi
- Qaraciyər serrozu
"Belə su sağlam insanlara zərər verməyəcək, lakin digər məhsullar kimi həddindən artıq istifadə edilməməlidir", - həkim qeyd edib.
Oxşar -Yeniinfo.az
Çağıran O idi, vəsilə Hüseyn (ə): Son 1 gün
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
Şokedici araşdırma: İnsanlıq minlərlə dili tarixdən silib
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Yeniyetmə anasının maşınını qaçırdı, qəza törətdi
İran Azərbaycandan bu məshsulun alışını artırıb
Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək