MN: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir
MN: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir
Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.
Bildirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.
“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.
Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar -Yeniinfo.az
İnsanlarda qırışların yaranma səbəbi nələrdir?
Qubada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Barmaqları şıqqıldatmaq vərdişi sağlam insanların oynaqlarına zərər vermir".
Xankəndi Konqres Mərkəzi müasir texniki avadanlıqlarla təchiz olunub
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri Azərbaycana gəlib
Mingəçevir şəhərində Kür çayında 2 kater toqquşub.
Bakı-Xankəndi-Laçın istiqamətində növbəti müntəzəm avtobus reysi istifadəyə veriləcək
Allahşükür Paşazadə Aşura günü ilə bağlı qan verib