MN Türkiyə hərbçilərinin Ukraynaya göndəriləcəyi iddialarına münasibət bildirib
MN Türkiyə hərbçilərinin Ukraynaya göndəriləcəyi iddialarına münasibət bildirib
Milli Müdafiə Nazirliyi atəşkəs əldə olunduqdan sonra Türkiyə hərbçilərinin Ukraynada sülhməramlı kimi fəaliyyət göstərəcəyi iddialarına münasibət bildirib.
Türkiyə bürosu xəbər verir ki, nazirlik Türkiyə ordusunun sülh və sabitliyə töhfə verməyə hazır olduğunu açıqlayıb.
“Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə Silahlı Qüvvələri yada düşür, çünki onun imkanları, təsir gücü və nüfuzu yüksəkdir.
Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması vacibdir. Daha sonra missiyanın və vəzifələrin dəqiq müəyyən edilməsi və hansı ölkənin nə dərəcədə kömək edəcəyinin müəyyənləşdirilməsi lazımdır.
Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizlik və sabitlik yaradacaq hər bir layihəyə töhfə verməyə hazırdır”, - nazirliyin açıqlamasında qeyd olunub.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp