Telefon
WhatsApp
Monakoda partlayış: Ukrayna çətin vəziyyətə düşdü.
300 X 250 Reklam Alanı

Monakoda baş verən partlayış və nəticədə ukraynalı iş adamı Vadim Yermolayev ilə ailəsinin xəsarət alması Qərb tərəfdaşlarının Kiyevə yardımının dayandırılmasına səbəb ola bilər.

Yeni info.az-a Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.

Məqalə müəllifləri bildirir ki, sui-qəsd cəhdi Ukrayna Prezidenti Vladimir Zelenskinin sanksiyalar tətbiq etdiyi sahibkara qarşı həyata keçirilib. Yəni, Ukrayna hakimiyyəti ilə çətin münasibətləri olan bir şəxsə qarşı... Fransada Ukraynaya dəstəyin əleyhdarları artıq bundan istifadə etməyə başlayıblar.

Belə ki, sui-qəsd cəhdinin arxasında Kiyevin dayandığı nəzəriyyəsi təsdiqlənərsə, bu, Qərbin Ukraynaya dəstəyini artırmaq vəzifəsini ciddi şəkildə çətinləşdirəcək.

Qeyd edək ki, Monakoda hücuma məruz qalan şəxslər ukraynalı iş adamı, “Alef” korporasiyasının təsisçisi və Dnepr şəhərinin ən iri tikinti şirkətlərindən birinin sahibi Vadim Yermolayev, onun arvadı və 13 yaşlı övladıdır.

Vadim Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edərək Kipr pasportu alıb. 2023-cü ilin dekabrında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ona qarşı sanksiyalar tətbiq edib. O, Ukraynanın ən varlı 100 şəxsi sırasında yer alır.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150