“Moody’s”: Azərbaycan Dövlət Neft Fondunun aktivlərində artım davam edəcək
“Moody’s”: Azərbaycan Dövlət Neft Fondunun aktivlərində artım davam edəcək
Qeyri-neft gəlirlərinin artırılması və fiskal konsolidasiya tədbirləri nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artmağa davam edəcəyi gözlənilir.
Bu barədə “Moody's Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqləri üzrə dövri baxışında bildirib.
Həmçinin, agentliyin qiymətləndirməsinə görə, dövlət borcunun ÜDM-ə nisbəti orta müddətli fiskal çərçivədə nəzərdə tutulan 30%-dən aşağı səviyyədə qalacaq və bu göstərici oxşar reytinqə malik ölkələrin median göstəricisindən xeyli aşağı olacaq. Bu amil hökumətin güclü maliyyə mövqeyini və ARDNF vasitəsilə formalaşan fiskal buferlərin qorunduğunu göstərir.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı