Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Moskva və Bakı elektron nəqliyyat qaimələri üzrə pilot layihənin işə salınmasını müzakirə edir
Azərbaycan və Rusiya elektron nəqliyyat qaimələrinin tətbiqi üzrə eksperimentin keçirilməsini araşdırır.
Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu "Beynəlxalq Nəqliyyat Dəhlizləri Direktorluğu" SC-nin beynəlxalq layihələr və rəqəmsallaşdırma departamentinin rəhbərinin müavini Natalya Zadonskaya bildirib.
"Biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün ölkələri ilə işləyirik. Xüsusilə, Azərbaycanla "e-CMR"nin (elektron beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi) tətbiqi üzrə pilot layihə hazırlanır. Eyni zamanda, Azərbaycan bizi elektron "icazələr"in tətbiqinə də təşviq edir. Düşünürəm ki, Rusiya bu işi davam etdirəcək", - o bildirib.
"e-CMR" beynəlxalq qaiməsi göndərən, daşıyıcı və yük alan arasında bağlanan üçtərəfli müqavilənin təsdiqidir. Elektron sənədin tətbiqi sərhədləri keçərkən əməliyyatları sürətləndirir və kağız qaiməsi ilə müqayisədə xərcləri azaldır.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"