Moskvadan Puketə uçan təyyarə qəza siqnalı verib - YENİLƏNİB
Moskvadan Puketə uçan təyyarə qəza siqnalı verib - YENİLƏNİB
Xəbər verdiymiz kimi, Moskvadan Puketə yola düşən "Red Wings" aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi uçuş zamanı qəza siqnalı verib.
Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, təyyarə təhlükəsiz şəkildə eniş edib.
Hava gəmisinin bir saata yaxın Moskva vilayəti üzərində dövrə vurduğu bildirilib.
***
23:50
Moskvadan Puketə yola düşən "Red Wings" aviaşirkətinə məxsus Boeing 777-200 təyyarəsi uçuş zamanı qəza siqnalı verib.
Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, təyyarə Domodedovo hava limanından havaya qalxıb, hazırda Moskva vilayəti üzərində dövrə vurur.
Qəza siqnalına səbəb mühərriklərdən birində baş verən yanğın olub. Məlumata görə, yanğın artıq söndürülüb.
Təyyarə hazırda yanacağını tükədir və Domodedovo hava limanına təcili eniş etməyə hazırlaşır.
Bortda 412 sərnişin və 13 heyət üzvü olduğu bildirilir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək