Müharibədən sonra ruslar Ukraynaya buraxılacaqmı?
Müharibədən sonra ruslar Ukraynaya buraxılacaqmı?
Müharibə başa çatdıqdan sonra da Rusiya vətəndaşlarına Ukraynaya giriş üçün məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək.
Axar.az Yeni info.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
“Bizim üçün Rusiya düşmən dövlətdir, təcavüzkar ölkədir. Rusiya vətəndaşının xüsusi icazə, viza, həmçinin aidiyyəti qurumlarımız tərəfindən yoxlama olmadan Ukraynaya daxil olması mümkün deyil. Buna görə də hazırda belə bir təhlükə görmürəm”, - o qeyd edib.
Nazir əlavə edib ki, Rusiya vətəndaşlarının Ukraynaya səfəri ilə bağlı hazırda tətbiq olunan xüsusi məhdudiyyətlər gələcəkdə də qüvvədə olacaq:
“Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı xüsusi məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək və bu prosedurlar hazırda da Ukraynaya səfərlərlə bağlı qüvvədədir”.







Oxşar -Yeniinfo.az
Əraqçi İranın qələbəsini elan etdi
İran aktivləri blokdan çıxarılmır - VENSDƏN AÇIQLAMA
Hörmüz boğazında İran dronları məhv edilib
İrandan ABŞ-la razılaşma barədə növbəti açıqlama
Fidan Qətər və ABŞ rəsmiləri ilə İranı müzakirə etdi
Ukrayna dronları 40 rusiyalı hərbçini belə məhv etdi
Əgər kameralar olmasaydı... - Putin
Misirdə təlim təyyarəsi qəzaya uğradı