Telefon
WhatsApp
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
300 X 250 Reklam Alanı

Fransada ifrat sağçı Marin Le Pen barədə Paris Apellyasiya Məhkəməsinin çıxaracağı qərar ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib.

Yeni info.az-a APA xəbər verir ki, qərar Le Penin 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağını müəyyən edə bilər.

Le Pen 2025-ci ildə Avropa Parlamentinin vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi işi üzrə təqsirli bilinərək beş il müddətinə seçkili vəzifə tutmaq hüququndan məhrum edilmiş, həmçinin həbs cəzası almışdı.

O, ittihamları qəbul etməyərək hökmdən apellyasiya şikayəti verib. İndi məhkəmə həmin şikayət üzrə yekun qərarını açıqlamalıdır.

Əgər apellyasiya məhkəməsi əvvəlki hökmü qüvvədə saxlasa, Le Penin 2027-ci il prezident seçkilərində iştirak etmək imkanı böyük ehtimalla aradan qalxacaq.

Bu halda onun rəhbərlik etdiyi “Milli Cəbhə” partiyasının prezidentliyə namizədi kimi partiya sədri, 30 yaşlı Jordan Bardella irəli sürülə bilər. Son rəy sorğuları Bardellanın da seçkidə güclü nəticə əldə etmək potensialına malik olduğunu göstərir.

Fransa mediasının məlumatına görə, Le Pen artıq mümkün mənfi qərara hazırlaşır və siyasi varisi kimi Bardellanı dəstəkləməyə hazır olduğunu gizlətmir.

Bununla yanaşı, o, məhkəmənin qərarından sonra televiziya ilə xalqa müraciət edərək gələcək siyasi planlarını açıqlayacağını bildirib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150