Məktəbli avtobusundan istifadənin QİYMƏTİ açıqlandı
Məktəbli avtobusundan istifadənin QİYMƏTİ açıqlandı
Oktyabrın 1-dən Bakı şəhərində məktəb avtobusları layihəsi pilot formada fəaliyyətə başlayır.
Şəhər mərkəzində yerləşən müəyyən dövlət və özəl məktəblər bu layihəyə cəlb olunub.
Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçisi Orxan Abbasov bildirib ki, proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, artıq 1 200-dən çox şagird bu xidmətə qoşulub:
"Artıq 1 200-dən çox şagird istifadəçimiz var. Layihə bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən digər məktəblərdə də istifadəyə veriləcək. Valideynlər mobil tətbiqi yükləyərək uşaqlarını əlavə edə, məktəblərini seçə və xidmətin qiymətləri ilə tanış ola bilərlər. Qiymətlər 100 manatdan başlayır. Qazi və şəhid ailələri üçün xüsusi endirimlər mövcuddur".
Valideynlər yeniliyə münasibət bildirərək, təşəbbüsün həm övladları, həm də özləri üçün daha təhlükəsiz və rahat olacağını vurğulayıblar.
İlkin mərhələdə layihə 8 dövlət və 3 özəl məktəbdə icra olunacaq. Xidmət 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlər üçün əlçatandır. Qiymətlər məsafə, uşaq sayı və gedişin tək və ya ikitərəfli olmasına görə dəyişir.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma