"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" - Özbəkistanda direktorun telefonu lövhəyə mismarlamasına REAKSİYA
"Məktəbə oxumağa gedirik, uşaqda da günah var" - Özbəkistanda direktorun telefonu lövhəyə mismarlamasına REAKSİYA
Özbəkistanda məktəb direktoru şagirdlərin məktəbə telefon gətirməsinə etiraz olaraq, bir şagirdin telefonunu mismarla elan lövhəsinə vurub.
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu görüntülərlə bağlı Bakı sakinləri arasında da sorğu keçirilib.
Sakinlərdən biri hadisəyə belə münasibət bildirib: "Uşaqda da günah var. Məktəbə oxumaq üçün gedirik, telefon gətirilməməlidir".
Lakin mütəxəssislər məsələyə həm psixoloji, həm də hüquqi tərəfdən yanaşaraq direktorun bu addımının yolverilməz olduğunu qeyd edirlər.
Psixoloq Elnur Rüstəmov bildirir ki, intizam qaydalarını pozan şagirdə və ya onun valideyninə xəbərdarlıq edilə bilər, hətta şagird dərslərdən uzaqlaşdırıla bilər:
"Heç bir halda icazəsiz telefonu götürmək və ya sındırmaq olmaz. Bu, şagirdlərdə ciddi psixoloji travmalar, məktəbə və müəllimə qarşı güvənsizlik yarada bilər. Nəticədə uşaqda aqressiya artır və özgüvəni aşağı düşür".
Hüquqşünas Hikmət Əliyev isə vurğulayır ki, şagirdin şəxsi əşyasına zərər vurulması qanunla qadağandır:
"Şagirdə məxsus əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi hüquqazidd bir davranışdır. Vurulmuş zərərin məbləğindən asılı olaraq, bu addımı atan şəxs qanun qarşısında məsuliyyət daşıyır".







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək