Məryəm Nəvaz Şərif Bakıya gəlir
Məryəm Nəvaz Şərif Bakıya gəlir
Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif mayın 17-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Yeni info.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində hesabında paylaşım edib.
Baş nazir qeyd edib ki, mayın 16-da Azərbaycana üçgünlük səfərə yola düşəcək.
Bundan əlavə, WUF13-də o, Pəncabın əlçatan mənzil təminatı proqramını təqdim edəcək.
M.Şərif Bakıda həmçinin Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, bu görüşlərdə şəhər inkişafı, iqlim dəyişikliyinə qarşı dayanıqlılıq, turizm və Pəncab ilə Azərbaycan arasında investisiya imkanları sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.







Oxşar -Yeniinfo.az
Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək – Prezident
Avtomobillər toqquşdu, yaralı var
Prezident Şuşadakı konfrans iştirakçılarına müraciət ünvanladı
Xankəndidə ilk Qurtuluş Günü konserti
Türkmənistanın Prezidenti Azərbaycana səfər edəcək
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
Sumqayıtda evdə yanğın
Azərbaycanda Milli Qurtuluş Günüdür