Nadir "Bentley" hərracda ilkin qiymətindən xeyli ucuz satıldı
Nadir "Bentley" hərracda ilkin qiymətindən xeyli ucuz satıldı
Əbu-Dabidə keçirilən mövsümün son "Formula-1" Qran-prisi çərçivəsində təşkil olunan "RM Sotheby's" hərracında indiyədək istehsal olunmuş cəmi 12 ədəd "Bentley Bacalar" rodsterindən biri satılıb.
Auto.ru-ya istinadən xəbər verir ki, cəmi 1 131 km yürüşü olan bu avtomobil 876 785 dollara alıcı tapıb. Halbuki modelin təqdimatı zamanı nadir sayılan, müasir tarixdə ən eksklüziv ikiqapılı "Bentley" kimi tanıdılan "Bacalar"ın ilkin qiyməti təxminən 2 milyon dollar idi.
"Bentley Bacalar" 2020-ci ildə təqdim olunub və o vaxt bu qeyri-adi modelin kolleksiya dəyəri daşıyacağı düşünülürdü, çünki buraxılması planlaşdırılan bütün avtomobillər əvvəlcədən sifarişlə satılmışdı. Lakin indi məlum olub ki, "Bacalar" nadir avtomobil kolleksiyaçıları arasında gözlənilən marağı doğurmur.
Kolleksiyaçı marağının aşağı olmasının mümkün səbəblərindən biri "Bacalar"ın texniki bazası ola bilər. "Rodster Bentley" üçün nisbətən kütləvi sayılan "Continental GT" platforması üzərində qurulub və 6.0 litrlik W12 mühərrik, 8 pilləli avtomatik sürətlər qutusu və tam ötürücü sistem ilə təchiz edilib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp