Nadir "Ferrari" hərracda satışa çıxarılacaq
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq
"Gooding & Christie's" hərracında nadir "Ferrari 288 GTO" kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir.
Auto.ru-ya istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir.
Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1 500 kilometrdən bir qədər artıq yol qət edib.
"288 GTO"nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və beşpilləli mexaniki ötürmələr qutusudur.
Avtomobilin qorunma səviyyəsini, məsələn, alt hissədə hələ də orijinal mum örtüyünün qalması və üzərində zavoddan çıxan təkərlərin saxlanılması təsdiqləyir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq