Nar suyunun faydaları
Nar suyunun faydaları
Nar suyunun faydaları qədimdən bəri insanların diqqətini çəkib və bu gün də sağlamlıq üçün ən qiymətli içkilərdən biri hesab olunur.
Onun gündəlik qəbulu immuniteti gücləndirir, orqanizmi xəstəliklərdən qoruyur və xüsusilə payız-qış mövsümündə çox faydalı olur. Nar suyu C vitamini ilə zəngin olduğu üçün soyuqdəymə və qripin qarşısını alır, qan dövranını yaxşılaşdırır, ürək-damar sağlamlığını qoruyur və təzyiqi tənzimləyir.
Tərkibindəki güclü antioksidantlar bədəndə toksinləri təmizləyir, hüceyrələrin sağlamlığını möhkəmləndirir və xərçəng riskini azaldır. Bundan başqa, nar suyu həzm sisteminə müsbət təsir göstərir, iştahanı artırır, dərini parlaq və sağlam saxlayır, saçların möhkəmlənməsinə kömək edir.
Həmçinin əsəbləri sakitləşdirir, gümrahlıq bəxş edir və stressi azaldır. Mütəxəssislər nar suyunu təbii halda, gündə bir stəkan içməyi məsləhət görürlər, çünki çox içildiyi halda yüksək turşuluq dərəcəsi mədəyə təsir edə bilər.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü