NASA: Çin Aya ABŞ-dən əvvəl insan göndərə bilər
NASA: Çin Aya ABŞ-dən əvvəl insan göndərə bilər
NASA rəhbəri Çinin insanı Aya ABŞ-dən daha tez endirə biləcəyini, lakin Vaşinqtonun uzunmüddətli Ay proqramı həyata keçirməyi planlaşdırdığını bildirib.
Yeni info.az-a Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri Cared Ayzekman CBS telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Çinin taykonavtları Aya enəcək və buna şübhə yoxdur.
"Əsas sual ABŞ-nin onlardan əvvəl Aya qayıdıb-qayıtmayacağı və bunu bu dəfə fərqli şəkildə həyata keçirə biləcəyidir. Biz Ayda baza qurmaq və orada uzunmüddətli mövcudluq yaratmaq istəyirik. Düşünürəm ki, buna nail olacağıq", - deyə Ayzekman bildirib.
NASA rəhbəri əlavə edib ki, hazırda kosmos uğrunda yarış davam edir və Çin bu istiqamətdə çox sürətlə irəliləyir.
Qeyd edək ki, NASA 2032-ci ilədək Ayda yaşayış stansiyası qurmağı planlaşdırır. Agentlik bu missiyalar çərçivəsində gələcəkdə Marsa pilotlu uçuş üçün zəruri texnologiyaları sınaqdan keçirməyi nəzərdə tutur.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski