NATO rəhbəri Ukraynada sülhə əsas maneəni açıqladı
NATO rəhbəri Ukraynada sülhə əsas maneəni açıqladı
"Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ bitməməsinin əsas səbəbi Putindir".
Bu barədə NATO-nun baş katibi Mark Rutte "Bild"ə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti döyüş meydanında heç bir real uğur qazana bilmir və milyonlarla öz vətəndaşını qurban verməyə davam etməyə hazırdır. NATO-nun baş katibi hesab edir ki, Kreml lideri müharibəyə aludə olub və məhz buna görə də onu dayandırmağa məcbur etmək çətin bir işdir.
"Biz iki iş görməliyik. Birincisi, müdafiə xərclərini və istehsalı artırmalıyıq. İkincisi, Ukraynanın mübarizədə mümkün qədər güclü qalmasını təmin etməliyik. Çünki Rusiya bütün Ukraynaya nəzarəti ələ keçirərsə, bunun NATO üçün böyük nəticələri olacaq və biz Haaqada razılaşdığımızdan daha çox xərcləməli olacağıq. Bu öhdəliklərə əməl etsək, Rusiyanı üstələyəcək və güclü qalacağıq", - Mark Rutte bildirib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək