Naxçıvan Vəkillər Kollegiyası üzvləri ilə bağlı YENİ QƏRAR
Naxçıvan Vəkillər Kollegiyası üzvləri ilə bağlı YENİ QƏRAR
Naxçıvan Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri genişləndirilir.
Sözügedən məsələ "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanun aşağıdakı redaksiyada verilir.
- Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini təsdiq etmək və onlarda dəyişiklik etmək;
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;
- Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının məbləğini müəyyən etmək.
Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılacaq.
Layihəyə görə, Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edəcək.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçuşlar edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB