Nazir: Gürcüstan Orta Dəhlizin inkişafında Azərbaycanla fəal əməkdaşlıq edir
Nazir: Gürcüstan Orta Dəhlizin inkişafında Azərbaycanla fəal əməkdaşlıq edir
Orta Dəhlizin inkişafı və rəqabət qabiliyyətinin artırılması məsələlərində Gürcüstan Azərbaycan, Qazaxıstan və Çin də daxil olmaqla dəhlizin iştirakçısı olan digər ölkələrlə fəal əməkdaşlıq edir.
Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Rustavi 2” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Orta Dəhlizdə Gürcüstanın rolunun möhkəmləndirilməsi ölkə üçün böyük əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, Gürcüstanın Asiya və Avropa arasında tranzit-logistika qovşağı kimi funksiyasının gücləndirilməsi hökumətin əsas prioritetlərindən biridir.
Kvrivişvili əlavə edib ki, Gürcüstan hökuməti dəmir yollarının modernləşdirilməsinə əhəmiyyətli resurslar ayırıb və bunun sayəsində yük dövriyyəsinin həcmini iki dəfə artırmaq, həmçinin dəmir yollarının mobilliyini yüksəltmək və yüklərin daşınma müddətini qısaltmaq mümkün olub.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"