Nazir: "Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb"
Nazir: "Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb"
"Aparılan ölçmələr ibtidai sinfin sonunda şagirdlərin 40-50 faizinin V-VI sinif səviyyəsindəki məzmunu qavramağa hazır olmadığını göstərir".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində çıxışı zamanı bildirib.
O, ibtidai təhsil üzrə vəziyyətin narahatedici olduğunu bildirib.
E.Əmrullayev vurğulayıb ki, sertifikatlaşdırma imtahanlarının nəticələri də bu tendensiyanı təsdiqləyir: "Ən zəif göstəricilər ibtidai sinif müəllimləri arasında qeydə alınıb".
Nazir bunun səbəblərindən birinin ibtidai təhsilin məzmunundakı sistemli problemlər olduğunu deyib.
Onun sözlərinə görə, ibtidai təhsil Azərbaycanda hələ də yalnız bir müəllimin tədris etdiyi "başlanğıc sinif" kimi qəbul edilir, halbuki bu mərhələ uşaqlar üçün əsas baza təhsilini formalaşdırmalıdır.
Nazir şagirdlərdə xüsusilə oxuyub-anlama bacarıqlarının inkişafında çətinliklərin olduğunu bildirib və mövcud yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb:
"Biz artıq "uşaq bir dəqiqədə neçə söz oxuyur" meyarından imtina edib, "uşaq oxuduğunu dərk edirmi" sualına yönəlməliyik".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu