Telefon
WhatsApp
Nazirin müşaviri: Azərbaycan ABŞ-la süni intellekt sahəsində əməkdaşlığı genişləndirir
300 X 250 Reklam Alanı

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyaraq süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar və rəqəmsal innovasiyalar sahələrini əhatə edir.

"APA-Economics" Yeni info.az istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.

Onun sözlərinə görə, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın ən etibarlı iqtisadi tərəfdaşlarından biri olub və iki ölkə enerji, ticarət və rəqəmsal transformasiya sahələrində güclü əməkdaşlıq bazası formalaşdırıb.

H. Hüseynov qeyd edib ki, ötən həftə keçirilən Azərbaycan-ABŞ İqtisadi Dialoqu tərəflər arasında yeni əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirib.

Nazirlik rəsmisi bildirib ki, enerji və kritik minerallar sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, tərəflər yüksək məhsuldarlıqlı hesablamalar (high-performance computing), süni intellekt, infrastruktur, bulud texnologiyaları və rəqəmsal innovasiyalar üzrə tərəfdaşlığın yeni mərhələsini inkişaf etdirirlər.

Onun sözlərinə görə, Dell Technologies, Oracle, Microsoft, Amazon və digər şirkətlərlə əməkdaşlıq Azərbaycan-ABŞ münasibətlərinin ənənəvi investisiya tərəfdaşlığından strateji texnologiya və innovasiya əməkdaşlığına keçdiyini göstərir.

H. Hüseynov vurğulayıb ki, bu təşəbbüslər ölkədə məhsuldarlığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına, investisiyaların cəlbinə və Azərbaycanın qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150