"New Glenn" raketi Marsın maqnitosferini öyrənmək üçün iki zond göndərib
"New Glenn" raketi Marsın maqnitosferini öyrənmək üçün iki zond göndərib
Amerika milyarderi Ceff Bezosun təsis etdiyi "Blue Origin" şirkətinin "New Glenn" raket daşıyıcısı kosmosa iki ESCACADE zond göndərib. Zondlar ABŞ planetşünasları tərəfindən Marsın maqnit qabığının xüsusiyyətlərini öyrənmək üçün hazırlanıb.
Buraxılış şirkətin veb saytında canlı yayımlanıb.
Buraxılış Florida ştatının Kanaveral burnundan yerli vaxtla saat 15:55-də (Bakı vaxtı ilə saat 00:55) baş tutub. Otuz dörd dəqiqə sonra şirkət peyklərin Marsa doğru gedən kosmik gəmidən ayrıldığını təsdiqləyib. Zondların 2027-ci ilin sentyabrında planetin ətrafındakı orbitə çıxması gözlənilir.
Buraxılış əvvəlcə noyabrın 9-da planlaşdırılırdı, lakin hava şəraiti və artan günəş aktivliyi səbəbindən iki dəfə təxirə salınıb.
Bu, potensial olaraq İlon Maskın "SpaceX" şirkətinin raketləri ilə rəqabət apara biləcək "New Glenn" raketinin ikinci buraxılışı idi. "New Glenn"in ilk sınaq buraxılışı 2025-ci ilin yanvarında, raket nəzərdə tutulan orbitə çatdıqda baş tutdu. Lakin "Blue Origin" ilk mərhələni Atlantik okeanında Bezosun anasının adını daşıyan "Jacklyn" üzən platformasına qaytara bilməyib. Şirkət bu dəfə buna nail olub.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?