Nigeriyada qorxunc hadisə: Qadını küçədə diri-diri yandırdılar
Nigeriyada qorxunc hadisə: Qadını küçədə diri-diri yandırdılar
Nigeriyanın Maraban-Cos rayonunda yeniyetmələrdən ibarət kütlənin qadına qarşı amansız hücumu ölümlə nəticələnib.
Oxu.Az Yeni info.az-a "Daily Trust" nəşrinə istinadən xəbər verir ki, iki uşaq anası olan müəllimə vəhşicəsinə qətlə yetirilib.
Hadisə qadının işə, mühazirəyə getdiyi zaman baş verib. Bir qrup yeniyetmə onun arxasınca düşərək, onu uşaq oğurluğunda ittiham edib və döyüb. Polis əməkdaşları dərhal müdaxilə edərək zərərçəkəni bölməyə aparıblar. Lakin bir müddət sonra qəzəbli izdiham polis bölməsinə basqın edib. Onlar qadını zorla çölə çıxararaq diri-diri yandırıblar.
Hadisə zamanı asayiş keşikçiləri vəziyyətə nəzarəti bərpa etmək üçün xidməti silahdan istifadə etməyə məcbur olublar. İğtişaş iştirakçılarından biri yaralanıb.
Polis baş verənləri qanunun aliliyinə qarşı ağır cinayət kimi qiymətləndirib. Faktla bağlı bir neçə şübhəli şəxs saxlanılıb, digər iştirakçıların müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir







Oxşar -Yeniinfo.az
Pezeşkian İslam ölkələrinə çağırış edib
İran heç kimin nail olmadığı bir vəziyyətdədir - Tramp
Ukraynanın bütün ərazisində həyəcan siqnalı
Pezeşkiandan Şərifə: Biz buna hazırıq!
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Tramp Ukrayna üçün hazırdır: Detallar razılaşdırılacaq
Belarus çətin vəziyyətdə: Ukraynanı razı salmasa..
Rusiyaya genişmiqyaslı PUA hücumu