Nigeriyada terrorçular tərəfindən qaçırılan 100 məktəbli azad edilib
Nigeriyada terrorçular tərəfindən qaçırılan 100 məktəbli azad edilib
Nigeriya federal hökuməti Niger əyalətində terrorçular tərəfindən qaçırılan 100 tələbənin azad edilməsini təmin edib.
Bu barədə məlumatı xarici media yayıb.
Xatırladaq ki, noyabrın 20-dən 21-nə keçən gecə Papiri şəhərində 300-dən çox məktəbli və müəllim cinayətkar dəstə tərəfindən girov götürülərək naməlum istiqamətə aparılmışdı. Onlardan 50 nəfəri sonradan qaçmağı bacarıb. Hazırda 153 tələbə və 12 müəllim quldurların əlində qalmaqdadır.
Son vaxtlar terrorçu qruplar bölgədə bir neçə məktəbə hücum ediblər. Noyabrın 25-də hakimiyyət orqanları noyabrın 17-də Kebbi əyalətinin Maqa qəsəbəsindəki hücum zamanı girov götürülmüş 24 məktəbli qızın azad olunmasına nail olub.
Məktəblərə hücumların artması səbəbindən Nigeriya Prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da təhlükəsizlik məqsədilə məktəblər bağlanıb, bölgələrə əlavə hərbi və polis qüvvələri yerləşdirilib.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək