Nisyə kartof-soğan ala bilməyib dava saldı
Nisyə kartof-soğan ala bilməyib dava saldı
Şirvan şəhərində mağaza sahibi ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Hadisə şəhərin H.Əliyev prospektində baş verib.
Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü Vüqar Səlimov ucadan səs-küy salıb, həmçinin polisin qanuni tələblərinə məhəl qoymayıb. O, az miqdarda qanunsuz olaraq narkotik vasitə istehlak edib və internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanı yerləşdirib.
Məlum olub ki, həmin şəxs “Tik-tok” sosial şəbəkəsində “yetimleri.icdmeyun” adı altında qeydiyyatdan keçib, intiharı problemlərinin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar yayıb.
İş üzrə izahat verən Səlimovun sözlərinə görə, maddi vəziyyəti ağırdır və azyaşlı uşaqlarını dolandırmaqda çətinlik çəkir: “İmkanım olmadığından mağaza sahibinə müraciət edərək kartof və soğanı nisyə verməsini xahiş etdim. Taksi fəaliyyəti ilə məşğul olaraq qazanacağım pulla borcumu ödəyəcəyimi bildirdim. Səs-küylə danışdığım üçün polis əməkdaşları yaxınlaşaraq məni nizam-intizama dəvət etdi. Daha sonra polis əməkdaşları tərəfindən şöbəyə gətirildim”.
O, həmçinin bildirib ki, təxminən 3-4 ay əvvəl çay evində olarkən marixuana istifadə edib: “Eyni zamanda “Tik-tok” internet sosial şəbəkəsində canlı yayın zamanı özümə xəsarət yetirərək paylaşmışam. Hazırda əməlimdən peşmanam. Bir də gələcəkdə belə bir səhvə yol verməyəcəm”.
Səlimovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 ( Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq), 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddələri ilə ittiham elan edilib.
Şirvan Şəhər Məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.







Oxşar -Yeniinfo.az
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma
Gün işığı yoxdursa, D vitamini qida ilə təmin oluna bilər?
Bolqarıstanda Şuşa parkı salınacaq
Amerika kəşfiyyat təyyarələri İran sərhədi yaxınlığında uçular edib
Uraldakı Azərbaycan diasporunun rəhbəri qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib
Vensin “erməni soyqırımı" ilə bağlı paylaşımı ABŞ-da qalmaqal YARADIB