Növbəti köç karvanı Şuşakəndə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Şuşakəndə çatıb, açarlar təqdim edilib
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
12:59
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Noyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd kəndinə yola salınıb.
Şuşakənd kəndinə bu mərhələdə 15 ailə köçürülür, 54 nəfər keçmiş məcburi köçkünün yurd həsrəti sona çatır.
Köçürülmə prosesi "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu