Nüvə zərbəsi endirməyə qadir ölkələr
Nüvə zərbəsi endirməyə qadir ölkələr
Dünyada nüvə zərbəsi endirməyə qadir olan 15 ölkə var. Bununla belə, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə yalnız beş dövlətə belə bir arsenala malik olmağa icazə verir: ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya.
Bu barədə "Military Watch Magazine" məlumat yayıb.
Məqalə müəllifləri ölkələri nüvə arsenallarının ölçüsünə, imkanlarına və müxtəlifliyinə görə dörd kateqoriyaya bölüblər. Birinci (ən güclü) kateqoriyaya ABŞ, Rusiya və Çin daxildirlər. Onlar başqa qitəyə nüvə zərbəsi endirməyə qadir olan yeganə dövlətlərdir.
İkinci kateqoriyaya Şimali Koreya, Hindistan, Pakistan və İsrail daxildirlər. Onlar beynəlxalq müqavilələrdən kənar nüvə silahı hazırlayıblar.
Üçüncü kateqoriyaya Böyük Britaniya və Fransa daxildirlər. Hər ikisi nüvə arsenalını əsasən sualtı qayıqlarda saxlayır.
Dördüncü kateqoriyaya Almaniya, Niderland, Türkiyə, Belçika və İtaliya daxildirlər. ABŞ bütün bu ölkələrlə nüvə silahından birgə istifadə sazişləri bağlayıb. Bu o deməkdir ki, ABŞ arsenalı bu ölkələrin ərazisində saxlanıla bilər. Lakin ondan yalnız Vaşinqtonun icazəsi ilə istifadə edilə bilər.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...