NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb
NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb
ABŞ Vaşinqton və Tehran arasında əldə edilən razılaşmaya əsasən daha 50-yə yaxın İran vətəndaşını ölkədən çıxarıb.
Bu barədə "The New York Times" adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İran vətəndaşlarını daşıyan təyyarə Arizona ştatındakı hava limanından yola düşüb. Hava gəmisi Misir və Küveytdə də dayanacaq.
Nəşrə görə, bu uçuş cari ildə baş tutan ikinci belə hadisədir. Təxminən 100 İran vətəndaşını daşıyan ilk təyyarə sentyabr ayında ABŞ-dən gedib.
"NYT" həmçinin iddia edib ki, təyyarədə İran vətəndaşları ilə yanaşı, Rusiya və ərəb ölkələri vətəndaşları da var və onlar Qahirədə dayanacaqda düşəcəklər. Qəzetin məlumatına görə, təxminən 2000 İran vətəndaşı ABŞ-dan deportasiya olunmağı gözləyir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək