Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırılıb
Nyu-York göydələnləri Azərbaycan bayrağı ilə işıqlandırılıb
8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi və "Times" meydanındakı ən hündür göydələndə Azərbaycan bayrağı proyeksiya edilib.
Aksiya Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
İşıqlandırma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 02:00) başlayıb və hər 5 dəqiqədən bir təkrarlanmaqla 8 saat davam ediləcək. Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş işıq şousu şəhərin müxtəlif nöqtələrindən görünən möhtəşəm mənzərə yaradıb.
Aksiya çərçivəsində Nyu-York sakinləri və turistlər Azərbaycan bayrağının proyeksiya olunduğu binaları böyük maraq və heyranlıqla izləyiblər.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu