Nyu-Yorkun Kolumbiya Universitetində Azərbaycanın Zəfər Günü qeyd olunub
Nyu-Yorkun Kolumbiya Universitetində Azərbaycanın Zəfər Günü qeyd olunub
ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən qabaqcıl ali təhsil ocaqlarından biri Kolumbiya Universitetində 8 Noyabr - Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5-ci ildönümü münasibətilə "Cəsarət, zəfər, ədalət" adlı tədbir keçirilib.
Tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF), Amerika-Azərbaycan Təşkilatları Alyansının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Gecədə Azərbaycanın ABŞ-dəki səfirliyinin müşaviri Vüsalə Mehdiyeva, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev, Azərbaycan-Amerika Əlaqələndirmə Şurasının nümayəndələri, diaspor fəalları və ABŞ-də təhsil alan tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan və ABŞ Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gecə Azərbaycan-Amerika Gənclər Federasiyasının prezidenti Leyla Aslanovanın moderatorluğu ilə davam edib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, birliyinin və ədalətin bərpasının rəmzidir. O vurğulayıb ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun igidliyi sayəsində tarixi Qələbə qazanılıb.
T.Musayev çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə xalqımızın sarsılmaz iradəsinin, qəhrəmanlığının və birliyinin təntənəsidir. Onun sözlərinə görə, bu Zəfər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyünün tam bərpasını təmin edib.
Gecədə "Koloradoda Azərbaycan Diasporu" təşkilatının təsisçisi və rəhbəri Nigar Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının qurucusu və prezidenti Nabat Eminova, amerikalı Con Teylor çıxış ediblər.
Gecədə musiqi proqramı da təqdim olunub. Milana Nabiyeva Fikrət Əmirovun "Azərbaycan elləri" mahnısını ifa edib, Dana və Aline Zoabi bacıları skripkada, Emili Məmmədova isə fleytada çıxış ediblər.
Proqram çərçivəsində "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu Azərbaycan milli rəqslərini təqdim edib. Daha sonra "Dəmir yumruq" adlı sənədli film nümayiş olunub. Filmdə Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın keçdiyi sınaqlar, şəhidlərin qəhrəmanlığı və Azərbaycanın tarixi qələbəsi əks olunub.
Tədbir zamanı həmçinin "My Way" Mərkəzinin gənc rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş etdirilib.
Sonda qonaqlar üçün şam yeməyi və tanışlıq görüşü təşkil olunub.







Oxşar -Yeniinfo.az
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ