Nəfəs darlığı hansı səbəblərdən yarana bilər? - Kardioloqdan AÇIQLAMA
Nəfəs darlığı hansı səbəblərdən yarana bilər? - Kardioloqdan AÇIQLAMA
"Tez-tez yaranan nəfəs darlığı sağlamlıqla bağlı ciddi problemlərdən, o cümlədən yüksək infarkt və ya insult riskindən xəbər verə bilər".
Bu barədə rusiyalı kardioloq Nataliya Zolotaryova "Gazeta.ru" nəşrinə müsahibəsində danışıb.
"Ürək qan dövranını, orqan və toxumalara oksigenin çatdırılmasını təmin edir. Əgər bu funksiya pozularsa, orqanizm oksigen aclığı yaşamağa başlayır ki, bu da hava çatışmazlığı hissi ilə özünü göstərir. Bu simptom ürək çatışmazlığı, ürək ritminin pozulması və ya ürəyin işemik xəstəliyinə işarə ola bilər", - deyə Nataliya Zolotaryova xəbərdarlıq edib.
O vurğulayıb ki, vaxtında müalicə olunmadıqda ürək-damar sisteminin işindəki bu cür pozuntular infarkt və insulta qədər ciddi nəticələrə gətirib çıxara bilər.
Bundan əlavə, nəfəs darlığı tənəffüs sistemindəki problemlərin də simptomu ola bilər.
"Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi və pnevmoniya tez-tez nəfəs darlığı ilə müşayiət olunur. Müalicə olunmadıqda, bu cür xəstəliklər ağırlaşa və xəstənin ümumi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər", - deyə həkim bildirib.
O qeyd edib ki, fiziki xəstəliklərlə yanaşı, nəfəs darlığı, həmçinin təşviş kimi müxtəlif psixoloji problemlərdən də qaynaqlana bilər.
"Nəfəs darlığı yalnız müvəqqəti narahatlıq deyil, həmçinin orqanizmin verdiyi vacib siqnaldır. Bu simptom ortaya çıxarsa, vaxtında tibbi yardım üçün müraciət etmək zəruridir, çünki erkən diaqnoz sağlamlığın və həyatın qorunmasında həlledici rol oynaya bilər", - deyə kardioloq əlavə edib.







Oxşar -Yeniinfo.az
"İlham baba mənə "KamAZ" göndərdi"
Metro bağlanır - Bundan sonra avtobuslar pulsuz olacaq?
Həkəri çayından Bakıya içməli su çəkilə bilər
Peyğəmbərin təriflədiyi toxum: Hər gün 2-3 ədəd..
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır