Oktyabrın 18-də gözlənilən hava şəraiti
Oktyabrın 18-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 17-dən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16°, gündüz 19-22° dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-5°, gündüz 5-9° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Fevralın 12-də gözlənilən hava şəraiti
Fevralın 11-də gözlənilən hava şəraiti
Fevralın 10-da gözlənilən hava şəraiti
Fevralın 9-da gözlənilən hava şəraiti
Fevralın 8-də gözlənilən hava şəraiti
Fevralın 7-də gözlənilən hava şəraiti
Fevralın 6-da gözlənilən hava şəraiti
Fevralın 5-də gözlənilən hava şəraiti