Oman və Qətər ABŞ-İran münaqişəsinin həlli üçün plan hazırlayıblar
Oman və Qətər ABŞ-İran münaqişəsinin həlli üçün plan hazırlayıblar
Oman və Qətər Ukrayna və Fələstin nizamlanmalarına əsaslanaraq, İran və ABŞ arasındakı münaqişənin həlli üçün təklif hazırlayıblar.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Təklifə uranın zənginləşdirilməsi, iqtisadi təşviqlər və təhlükəsizlik öhdəlikləri məsələsinin həlli üçün tədbirlər daxildir. Misir Prezidenti Əbdül Fəttah əl-Sisinin yanvarın 31-də iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Oman və Qətərin təklifini müzakirə etdiyi bildirilir. Lakin ABŞ-nin bu planın hazırlanmasında iştirakı ilə bağlı məqamlar məlum deyil.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi