"Oracle" süni intellektin tətbiqi səbəbindən 21 min işçisini ixtisar edib
"Oracle" süni intellektin tətbiqi səbəbindən 21 min işçisini ixtisar edib
Dünyanın aparıcı proqram təminatı istehsalçılarından olan ABŞ-nin "Oracle" şirkəti son 12 ayda işçi qüvvəsini təqribən 21 min nəfər azaldıb.
Oxu.Az Yeni info.az-a xəbər verir ki, bu barədə məlumat şirkətin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytında yerləşdirilən rəsmi sənədlərdə əksini tapıb.
May ayının sonuna olan məlumata əsasən, şirkətdə 141 min əməkdaş çalışır. Bir il əvvəl isə bu göstərici 162 min nəfər təşkil edirdi. Hazırda kadrların təqribən 49 mini ABŞ-də, 92 mini isə dünyanın digər ölkələrində fəaliyyət göstərir. İxtisarlarla əlaqədar maliyyə silinmələri təqribən 1.8 milyard dollar təşkil edib.
Kütləvi ixtisarların bir qismi işçilərin yerinə yetirdiyi funksiyaların süni intellekt tərəfindən əvəzlənməsi ilə bağlıdır. Şirkətin bəyanatında bildirilir: "Süni intellekt texnologiyalarının əməliyyat prosedurlarımıza inteqrasiyası kadrların sayının azalmasına gətirib çıxarıb və ehtimal ki, bu tendensiya gələcəkdə də davam edəcək".
2026-cı ilin əvvəlindən bəri "Oracle" şirkətinin bazar kapitallaşması 10 faiz ucuzlaşaraq 530 milyard dollara geriləyib.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski