Orbanın məğlubiyyəti Tramp üçün də siqnal oldu
Orbanın məğlubiyyəti Tramp üçün də siqnal oldu
Viktor Orbanın məğlubiyyəti təkcə daxili siyasi hadisə deyil, həm də daha geniş siyasi mənzərə üçün bir siqnal oldu.
Axar.az Yeni info.az xəbər verir ki, bunu “Blumberq”in analitiki Lionel Laurent bildirib.
O qeyd edib ki, uzun müddət Orban “qeyri-liberal demokratiya” adlanan sistemin əsas nümunələrindən biri sayılırdı:
“Bu sistemdə seçkilər qalır, lakin institutlar tədricən bir siyasi gücün nəzarətinə uyğunlaşdırılır. Onun yanaşması Avropadan kənarda da geniş müzakirə olunurdu, o cümlədən ABŞ-da - burada o, Donald Tramp və MAGA qruplaşması ilə əlaqəli hərəkat üçün bir növ nümunə kimi qəbul edilirdi.
Orbanla Amerika sağçıları arasındakı əlaqə yalnız ideoloji deyildi. O, Tramp və onun ətrafı ilə sıx münasibətlər qurmuşdu və onun dövründə Macarıstan milli suverenliyə vurğu, sərt miqrasiya siyasəti və institutlara nəzarət kimi xüsusiyyətlərlə alternativ idarəetmə modeli nümayiş etdirilən bir platformaya çevrilmişdi.
Məhz buna görə onun məğlubiyyəti bir ölkə çərçivəsindən kənara çıxır. Bu, belə bir siyasi modelin qaçılmaz şəkildə gücləndiyi və genişləndiyi tezisini şübhə altına alır. Əksinə, seçkilərin nəticəsi göstərir ki, illər ərzində qurulmuş sistem belə seçki yolu ilə dağıdıla bilər.
Müxalifətin lideri Peter Magyarın qələbəsi təkcə hakimiyyət dəyişikliyi deyil, həm də kursun mümkün dönüşü deməkdir – Avropa Birliyi ilə daha sıx əməkdaşlığa və əvvəlki siyasətin yenidən nəzərdən keçirilməsinə doğru…”.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi