Overçuk Azərbaycana gəldi
Overçuk Azərbaycana gəldi
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.
"Aleksey Overçuk Azərbaycana Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçün işgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək.
A.Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-də Həştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarının icrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair tədbirlər planının yerinə yetirilməsini müzakirə edəcəklər.
Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının geniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir", - məlumatda deyilir.







Oxşar -Yeniinfo.az
Kirayə mənzillər bahalaşacaq
Meyvə-tərəvəz niyə ucuzlaşmır?
Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
5 sm böyüklüyündə dolu düşdü, 15 dəqiqə davam etdi