Özbəkistan qaz hasilatını artırmağı planlaşdırır
Özbəkistan qaz hasilatını artırmağı planlaşdırır
“Özbəkneftegaz” səhmdar cəmiyyəti gündəlik qaz hasilatını 70 milyon kubmetrədək artırmağı planlaşdırır.
Özbəkistan Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə “Özbəkneftegaz”ın gələcək vəzifələri və planları haqqında təqdimat zamanı məlumat verilib.
Təqdimatda vurğulanıb ki, “Özbəkneftegaz” səhmdar cəmiyyətinin əsas vəzifəsi təbii qaz ehtiyatlarının və onun hasilat həcmlərinin artırılmasıdır.
“Qeyd edilib ki, şirkət gündəlik qaz hasilatını 66 milyon kubmetrdən 70 milyon kubmetrədək artırmaq və bu il ən azı 25,4 milyard kubmetr qaz istehsal etmək üçün tədbirlər görməlidir”, - məlumatda qeyd olunur.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq