Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib
Özbəkistan Senatı Azərbaycandakı səfirin hesabatını dinləyib
Daşkənddə Özbəkistan Senatının beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri üzrə Komitəsinin genişləndirilmiş iclası keçirilib.
İclasda Özbəkistanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin hesabatına və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, iclasda senatorlar, müvafiq nazirlik və qurumların rəhbərləri, müxtəlif ekspertlər və KİV nümayəndələri iştirak ediblər.
Senatorlar Özbəkistanın Azərbaycan, Rusiya və Belarusdakı diplomatik missiyalarının rəhbərlərinin hesabatlarını dinləyiblər. İkitərəfli münasibətlərin inkişafı, investisiyaların cəlb edilməsi, ixracın və turist axınının genişləndirilməsi və s. məsələlər müzakirə edilib.
Yeni xarici bazarların tapılması, xaricdə ticarət evləri və anbarların yaradılması, xarici ölkələrdə müvəqqəti yaşayan vətəndaşlara konsulluq və hüquqi yardımın göstərilməsi məsələlərinə xüsusi diqqət yetirilib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü