Özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilmişdi: Hamısı yanıb külə döndü - Biləsuvardakı yanğının TƏFƏRRÜATI
Özünüməşğulluq proqramı üzrə avadanlıqlar verilmişdi: Hamısı yanıb külə döndü - Biləsuvardakı yanğının TƏFƏRRÜATI
Biləsuvarın Çinarlı kəndində yanğın baş verib.
Kənd sakini Ziyəddin Məmmədova məxsus 4 otaqlı ev əşyaları ilə birgə yanaraq külə dönüb.
"Bizim hər şeyimiz bu evdə idi. Bir saatın içində yanıb kül oldu. Şirniyyat bişirməyimiz üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən avadanlıqlar verilmişdi. Hamısı yandı", - deyə ev sahibi bildirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu