Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik
Pakistan XİN: ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik
Pakistan Vaşinqton və Tehran arasındakı danışıqlar prosesi çərçivəsində vasitəçilik missiyasını bundan sonra da həyata keçirmək niyyətindədir.
"Report" Yeni info.az-a xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin İslamabadda keçirilən ABŞ-İran danışıqlarının yekunlarına dair bəyanatında deyilir.
Qeyd olunub ki, hər iki tərəfin atəşkəs rejimi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edilir.
"Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət məcrada fəaliyyət göstərməyə davam edəcək... Bütün tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməsi son dərəcə vacibdir", - bəyanatda bildirilib.
Bundan əlavə, Pakistan tərəfi "qarşıdan gələn günlərdə İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında dialoqa kömək göstərilməsində rol oynamağa davam etmək" istəyini təsdiqləyib. Hazırkı danışıqlar raundunun təşkilatçısı olan ölkə İslamabada gəlmək dəvətini qəbul etdiklərinə və məsləhətləşmələrdə iştirak etdiklərinə görə hər iki nümayəndə heyətinə minnətdarlığını bildirib.
Xatırladaq ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Məsləhətləşmələrdə Vaşinqtonu Cey Di Vensin başçılıq etdiyi, tərkibinə prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də daxil olduğu nümayəndə heyəti təmsil edib. İran tərəfindən isə danışıqlarda parlamentin spikeri Məhəmmədbaqer Qalibaf və XİN rəhbəri Abbas Əraqçi iştirak ediblər. Görüşdə həmçinin Pakistan Quru Qoşunlarının qərargah rəisi Asim Munir də iştirak edib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi