Pakistanda atışma nəticəsində 6 hərbçi həlak olub
Pakistanda atışma nəticəsində 6 hərbçi həlak olub
Pakistanda əsgərlərlə Pakistan Talibanının üzvləri arasında baş verən toqquşmada altı əsgər həlak olub.
İki tərəf arasında silahlı qarşıdurma Pakistanın Xayber Paxtunxva əyalətində baş verib.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin (ISPR) məlumatına görə təhlükəsizlik qüvvələri Doqar rayonunda qruplaşma üzvlərinin olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlib və burada şiddətli atışma yaşanıb.
Silahlı qarşıdurma nəticəsində Pakistan ordusunun biri zabit olmaqla altı hərbçisi həlak olub.
Qarşıdurma zamanı yeddi qruplaşma üzvü zərərsizləşdirilib. Ordu bölgədə hərbi əməliyyatları davam etdirir.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf