Pakistanın baş naziri Azərbaycanı təbrik edib
Pakistanın baş naziri Azərbaycanı təbrik edib
"Bu gün əziz qardaşım Prezident İlham Əliyevlə gözəl Bakı şəhərində görüşmək şərəfinə nail oldum".
Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mən Azərbaycan rəhbərliyini, xalqını və hökumətini Qələbə Günü münasibətilə ürəkdən təbrik edirəm və sabahkı möhtəşəm paradı səbirsizliklə gözləyirəm. Biz, həmçinin ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq əlaqələrini nəzərdən keçirdik və ticarət, enerji, kommunikasiya, müdafiə sahələrində əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəldik", - baş nazir qeyd edib.







Oxşar -Yeniinfo.az
Kommunal xidmətlərdə vahid abonent bazası yaradılır
Bayramov pakistanlı həmkarı ilə danışdı
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik