Pakistanın “Bəlucistan Azadlıq Ordusu” (BLA) qruplaşması ABŞ-ın xarici terror təşkilatı siyahısına əlavə olunub
Pakistanın “Bəlucistan Azadlıq Ordusu” (BLA) qruplaşması ABŞ-ın xarici terror təşkilatı siyahısına əlavə olunub
Pakistanın “Bəlucistan Azadlıq Ordusu” (BLA) qruplaşması ABŞ-ın xarici terror təşkilatı siyahısına əlavə olunub.
Bu haqda ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
“Bu gün ABŞ Dövlət Departamenti “Bəlucistan Azadlıq Ordusu”na və onun “Məcid Briqadası” kimi tanınan bölməsinə xarici terrorçu təşkilat (FTO) statusu verdi. Həmçinin “Məcid Briqadası”nı əvvəllər BLA-ya verilmiş xüsusi əhəmiyyətli qlobal terrorçu (SDGT) statusuna alternativ ad kimi əlavə etdi”, – Rubio bəyanatda bildirib.
Bəyanatda həmçinin deyilir ki, BLA 2019-cu ildə çoxsaylı terror hücumlarına görə ABŞ tərəfindən xüsusi əhəmiyyətli qlobal terrorçu kimi tanınıb.
Qeyd edək ki, hüquqi baxımdan, FTO statusu SDGT-dən daha sərt hüquqi nəticələrə malikdir.
“Bəlucistan Azadlıq Ordusu” eyni adlı cənub-qərb əyalətinin müstəqilliyinə nail olmaq üçün Pakistan hökumətinə qarşı silahlı müqavimət göstərən etno-millətçi silahlı qruplaşmadır.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf